Rayonlarda pensiya bu tarixdə veriləcək
2023-03-10 09:09:00
Respublikanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-i tarixinə nəzərdə tutulub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Rəsmi məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.