📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi

2026-06-07 14:03:11

“Real”ın futbolçusu “Barsa”nın ulduzuna belə təşəkkür etdi

“Real Madrid”in hücumçusu Endrik Braziliya millisinin heyətində qələbə qolunu vurduqdan sonra Rafinya Diasa təşəkkür edib.

Publika.az xəbər verir ki, gənc oyunçu Misirlə yoldaşlıq oyununun ikinci hissəsində qol vurub. “Barselona”nın cinah yunçusu qolun ötürməsini verib.

Endrik Rafinyanın sosial mediadakı paylaşımına “Möhtəşəmsən, qardaş, köməyin üçün təşəkkür edirəm” şərhini yazıb.

19 yaşlı hücumçu iki ildən sonra Braziliya millisində ilk qolunu vurub. Matç Karlo Ançelottinin komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. 14 iyunda Braziliya Dünya Kubokunda Mərakeşlə qarşılaşacaq.