📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəhim Hüseynov vəfat edib

2023-11-13 09:00:43

Rəhim Hüseynov vəfat edib

Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, R. Hüseynov 1936-cı ildə anadan olub.

O, 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.