📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rektor həbs edildi

2026-07-21 17:44:22

Rektor həbs edildi

Maxambet Utemisov adına Qərbi Qazaxıstan Dövlət Universitetinin rektoru Nurlan Serqaliyev saxlanılıb. 

Modern.az xəbər verir ki, Elm və Ali Təhsil Nazirliyi saxlanılma faktını təsdiqləyib.

Nazirlik səbəbləri və detalları hələlik açıqlanmayıb.

Serqaliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb. Həmçinin onun ofisində və evində axtarış aparıldığı bildirilib.

Həbs Milli Təhlükəsizlik Xidməti Departamentinin Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin mütəxəssisləri tərəfindən həyata keçirilib.