📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Rəşad çaşsa, onu vuracam” - Ölənin qardaşı məhkəmədə DANIŞDI - VİDEO

2023-05-01 19:11:00

“Rəşad çaşsa, onu vuracam” - Ölənin qardaşı məhkəmədə DANIŞDI - VİDEO

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib.

O, heç bir şikayətinin olmadığını deyib. Eyni zamanda hüquqi varis Etibar Mehdiyev qətlə yetirilən qardaşı İsgəndər Mehdiyevin evdən çıxarkən ona “Rəşad çaşsa, onu vuracam” dediyini vurğulayıb:

“Mənim heç bir şikayətim yoxdur. Qardaşım mənə Rəşadın söhbətinin olduğunu və onu həll etməyə getdiklərini dedi. Və dedi ki, “Rəşad çaşsa, onu vuracam”. Amma niyə belə dediyini bilmirəm”.

Hakim Rəşad Əmirovdan özünü təqsirli bilib-bilmədiyini soruşub. O, özünü qismən təqsirli bilib. Belə ki, o soyuq silah gəzdirməkdə özünü təqsirli hesab etmir. Amma adam öldürməkdə təqsirli bilir.

Məhkəmənin növbəti iclası mayın 19-a təyin edilib.

Qeyd edək ki, meyxanaçının sənət yoldaşları - Orxan Lökbatanlı, Baləli Maştağalı, Ruslan Müşfiqabadlı prosesdə iştirak etmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gəliblər.

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.(Lent.az)

 

644fb792f3eef644fb792f3ef01682945938644fb792f3eed644fb792f3eee

644fb760671d9644fb760671da1682945888644fb760671d7644fb760671d8