📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşad Dağlının "Niva"sı satılır - VİDEO

2023-12-23 12:49:05

Rəşad Dağlının

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb.

Hurriyyet.az xəbər verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.

 axsam.az