📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəşad Həsənov Şahzadə Lamia bint Məcid Al Səud ilə GÖRÜŞDÜ

2026-05-19 12:26:18

Rəşad Həsənov Şahzadə Lamia bint Məcid Al Səud ilə GÖRÜŞDÜ

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Alwaleed Philanthropies” təşkilatının Baş katibi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) ərəb dövlətləri üzrə xoşməramlı səfiri Şahzadə Lamia bint Məcid Al Səud ilə görüşüb.

Hurriyyet.info  xəbər verir ki, görüşdə rəqəmsal inkişaf və süni intellekt sahələrində mövcud vəziyyət və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda aşağı gəlirli ailələr və kənd yerlərində rəqəmsal savadlılığın artırılması, kiçik və orta sahibkarlıq subyektlərinin rəqəmsal hazırlığının təşviqi, eləcə də innovasiya laboratoriyaları sahəsində birgə fəaliyyətin perspektivləri müzakirə edilib.