📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsmi nəticə olmadan sabiq prezident Paşinyanı təbrik etdi

2026-06-07 22:40:40

Rəsmi nəticə olmadan sabiq prezident Paşinyanı təbrik etdi

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Paşinyanı təbrik edib

Modern.az xəbər verir ki, o, Ermənistanda rəsmi nəticələr elan edilməzdən əvvəl Baş nazir Nikol Paşinyanı qələbə münasibətilə təbrik edib.

“Təbrik edirik Nikol Paşinyanı! Bu gün Ermənistan azad, müstəqil və Avropayönlü gələcəyin lehinə seçim etdi. Bu tarixi seçim demokratiyanı gücləndirir və regionumuzun Avropa dövlətləri ailəsində yerini möhkəmləndirir. Gürcü xalqı tam həmrəyliyini ifadə edir”, – paylaşımda bildirilib.