📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rəsul Quliyevə itki üz verdi

2023-11-30 21:35:37

Rəsul Quliyevə itki üz verdi

Milli Məclisin sabiq spikeri Rəsul Quliyevin bacısı oğlu vəfat edib.

Bu barədə R.Quliyev özü məlumat verib.

“Mənə bacım oğlu Baxşəlinin vəfat etməsi ilə bağlı xəbər verdilər. İki il kəndimizdən 12 kilometr aralı məktəbdə oxumuşuq, yataqxanada bir otaqda qalmışıq. Onunla iki il pendir çörək və “çaşır” adlı bir dağ bitkisinin turşusunu yeyib yaşamışıq. O məndən 3 yaş kiçik idi. Çox çalışqan insan idi. Uşaqları da çox fərəsətlidir. Allah rəhmət etsin”, - o qeyd edib. \\Pravda.az