📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Roluna görə 12 kiloqram arıqladı - FOTOLAR

2026-07-13 20:12:02

Roluna görə 12 kiloqram arıqladı - FOTOLAR

Aktyor Kamran Ağabalayev yeni layihəsi ilə bağlı paylaşım edib.

Hurriyyet.info xəbər verir ki, sənətçi Rusiyada çəkilən "Голицын" adlı ekran işində rol alacağını açıqlayıb.

Ağabalayev obrazı üçün 12 kiloqram çəki atdığını bildirib:

"Allah yenə böyük bir layihədə iştirakı qismət elədi. Bəli, çətindir, təyyarələrdə yaşayırsan. Ssenaridəki xarakter üçün nə az, nə çox 12 kiloqram çəki vermişəm. Yenə demək olar ki, Rusiyanın bütün ərazilərinə səfərlər başlayır. Yenə ciddi pəhrizlər, döyüş xoreoqrafiyaları... Amma bu prosesdən aldığım zövq məni xoşbəxt edir.

"Голицын" rejissor Sergey Çekalovla artıq ikinci işimizdir. Tərəf müqabilim hələlik sirr olaraq qalsın. Rolum haqqında da indi heç nə deməyəcəyəm. İnşallah, növbəti dəfə".