📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Odessada xəstəxananı vurdu

2026-06-01 19:56:18

Rusiya Odessada xəstəxananı vurdu

Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinin cənubundakı xəstəxanaya zərbə endirib.

Modern.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper "Telegram" səhifəsində bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində xəstəxananın doğum şöbəsi və inzibati binaları zədələnib.

Kiper həmçinin vurğulayıb ki, zərbə endirilərkən şöbədə insanlar olub, lakin xəsarət alan yoxdur. Zərbənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam edir.