📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var

2026-07-12 10:01:08

Rusiya ordusu Ukraynanın Krivoy Roq şəhərinə hücum edib, ölənlər var

Rusiya ordusu iyulun 12-si səhər tezdən Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum edib.

Hurriyyet.info  xəbər verir ki, zərbə nəticəsində ölənlər var. Bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, “Şahed” pilotsuz uçuş aparatının sənaye müəssisəsinə endirdiyi zərbə nəticəsində iki nəfər həyatını itirib. Hücum zamanı müəssisəyə və ətraf infrastruktura ziyan dəyib.