📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya sovet dönəminin icbari əmək fəaliyyətinə qayıdır

2023-05-09 15:32:00

Rusiya sovet dönəminin icbari əmək fəaliyyətinə qayıdır

Rusiyada universitetlərdə dövlət hesabına təhsil alan məzunları bölgüyə uyğun işləməyə məcbur etmək istəyirlər. Bu qəbildən qanun layihəsi Tatarıstan Dövlət Şurasının Dövlət Büdcəsinə təqdim edilib. Layihənin müəllifləri bu təşəbbüsü iş təcrübəsi omadığından işə düəzələ bilməyən tələbələrə qayğıyla, həmçinin kadr çatışmazlığı ilə mübarizə zərurətilə əlaqələndirirlər.

“Layihə təhsil bitdikdən sonra 3 ildən az olmayaraq alınmış sertifikat əsasında gənc kadrların işə qəbuluna zəmanət verir ki, bu da ölkə iqtisadiyyatının prioritet sahələri və müdafiə sənayesi müəssisələrinin kadr təminatına kömək edəcək”, deyə açıqlamada bildirilir.

Əgər tələbə bu məcburi işədüzəltmədən imtina edərsə, dövlətin onun təhsilinə çəkdiyi xərci qaytarmalıdır. Qanun layihəsi hələ ki, Dumanın profil komissiyasının son rəyini almayıb. Tələbələrin paylaşdırılması ilə universitetlərin bazasında yaradılmış xüsusi komissiyalar məşğul olacaq. Bununla belə yalnız müəyyən kateqoriyalı tələbələr yaşayış yeri üzrə işlə təmin olunacaqlar:

1. bir və ya ikinci dərəcəli qrup əlillər;

2. birinci yaxud ikinci qrupda əllilliyi olan valideyinləri, həyat yoldaşları və uşaqları olan tələbələr;

3. hamilələr;

4. hamilə həyat yoldaşı olan tələbələr;

5. 3 yaşından kiçik uşaqları olan məzunlar.

Məzunların bu cür paylaşdırılması sovet dönəmində məcburi idi.

Rusiyada hərbi sahədə kadr çatışmazlığı Ukraynada müharibə fonunda meydana çıxdı və prezident Putinin səfərbərlik elanından sonra gərginləşdi. İqtisadi inkişaf nazirliyi bu sferada işçi qüvvəsinin 600 minə qədər azaldığını xəbər verib. Müharibəyə yola düşən 300 min əməkqabiliyyətli kişidən başqa bir milyona yaxın rusiyalı müharibədən və səfərbərliyə çağırışdan canını qurtarmaq üçün ölkədən getdi. Rusiya Mərkəzi Bankının keçirdiyi müxtəlif sahələrdən olan 14 min kompaniyanın iştirak etdiyi sorğu göstərib ki, ən az əhəmiyyətli sahələrin də işçi təminatı 2023-cü ilin birinci kvartalında 25 illik müddət ərzində ən minimum səviyyəyə düşüb.

Ümumi iqtisadiyyatda işçi qüvvəsinin yetərlilik indeksi -18 bala düşüb. İstehsal müəssisələrindəki problem daha kəskindir, -28 bal; sənaye müəssisələrində -25; su təchizatında -23; faydalı qazıntılar, həmçinin onların daşınması və saxlanması sahəsində -22 baldır. Ən az defisit avtomobil satışında -10; pərakəndə ticarət -13; xidmət -14 baldır.

Rusiyanın əmək nazirliyi sənayedə, istehsal və kənd təsərrüfatı sahəsində qapanmış vakasiyaları 560 min nəfər həddində qiymətləndirib. Sahibkarlar və sənayeçilər İttifaqının keçirdiyi sorğuya görə, kadr çatışmazlığı ilə iri kompaniyaların 40%-i üzləşiblər. Prezident Putin problemin həlli üçün uşaqlı rusiyalıların işə çıxmasını təklif edib.   

Ülviyyə, Hurriyyet.az