Rusiya türk gəmisini vurdu - ÖLƏNLƏR VAR
Rusiya ordusu iyulun 19-da Qvineya-Bisau bayrağı altında üzən, Türkiyəyə məxsus "Golden Leo" mülki yük gəmisinə üç raket zərbəsi endirib.
Bu barədə Odessa Vilayət Prokurorluğu məlumat yayıb.
Məlumata görə, hücum zamanı gəmidə olan doqquz xarici heyət üzvü və bir ukraynalı losman olmaqla ümumilikdə 10 nəfər həlak olub, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Gəmidə ümumilikdə 17 heyət üzvü və 66 yaşlı ukraynalı losman olub. Heyət üzvlərinin əksəriyyətinin Suriya və Hindistan vətəndaşları olduğu bildirilib.
Ukrayna Dəniz Limanları Administrasiyasının məlumatına əsasən, qarğıdalı daşıyan yük gəmisi Ukrayna limanından yola düşdükdən sonra raket hücumuna məruz qalıb. Zərbə nəticəsində gəmidə yanğın baş verib. Axtarış-xilasetmə əməliyyatı gecə boyu davam edib, yanğın lokallaşdırılıb və səkkiz heyət üzvü xilas edilərək sahilə çıxarılıb.
Hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətləri və insan tələfatına səbəb olan hücumlarla bağlı maddəsi üzrə cinayət işi açılıb.