📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiya Zaporojyeyə hücum etdi, ölənlər var

2026-07-16 20:29:28

Rusiya Zaporojyeyə hücum etdi, ölənlər var

Rusiyanın Ukraynanın Zaporojye şəhərinə zərbəsi nəticəsində iki nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov teleqram kanalında bildirib.

Onun sözlərinə görə, daha bir nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.

O həmçinin qeyd edib ki, Rusiya qoşunları vilayət mərkəzinə üç aviabomba ilə zərbə endirib.

Hücum nəticəsində yaşayış və qeyri-yaşayış binaları dağılıb və zədələnib, şəhərdə yanğınlar baş verib.

Hadisə yerində xilasetmə işləri davam edir.