📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan Ermənistana daha bir - Qadağa

2026-07-24 13:33:31

Rusiyadan Ermənistana daha bir - Qadağa

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) iyulun 27-dən Ermənistandan Rusiyaya süd məhsullarının tədarükünə məhdudiyyət tətbiq edəcək. 

Hurriyyet.info  xəbər verir ki, bu barədə qurum özünün rəsmi saytında məlumat yayıb. 

Məlumata görə, bu qərar iyulun 14-dən 21-dək aparılan yoxlamaların nəticəsinə uyğun olaraq verilib. Belə ki, sözügedən yoxlamalar zamanı Rusiyaya idxal edilən məhsulların istehsalı zamanı xəstəliyə yoluxmuş heyvanların südündən istifadə edilməsi müəyyən edilib. 

Xatırladaq ki, daha əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan meyvə-tərəvəzlərgül və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.