📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib

2026-07-03 12:16:35

Rusiyadan üzən və may ayında Fransa tərəfindən saxlanılan tanker lövbər saldığı ərazini tərk edib

Rusiyadan üzən və may ayının sonlarında Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılan Tagor tankeri lövbər saldığı Duarnenes körfəzindən yola düşüb.

Hurriyyet.info APA- ya istinadən xəbər verir ki, cümə axşamı günü “ici” radiosu tankerin sahibinin bir milyon avro cərimə olunduğu və gəminin cəriməni ödədikdən sonra Fransa sularını tərk edəcəyi barədə məlumat yayıb.

Neft tankeri hazırda Fransa sahillərindən şimal-qərbə doğru hərəkət edir.

Qeyd edək ki, Fransa Hərbi Dəniz Qüvvələri tankeri may ayının sonlarında Atlantik okeanında saxlayıb.

Gəminin kapitanının Rusiya vətəndaşı olduğu bildirilir.