📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyalı musiqiçinin evi raket atəşinə tutulub

2026-06-08 20:17:12

Rusiyalı musiqiçinin evi raket atəşinə tutulub

Rusiyalı musiqiçi, "Maşina vremeni" qrupunun lideri Andrey Makareviçin İsraildəki evi raket atəşinə məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə sənətçinin həyat yoldaşı Eynat Klyayn sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, İran raketinin qəlpələri 72 yaşlı Makareviç və 42 yaşlı Klyaynın Hayfa yaxınlığındakı Kerem Maharal kəndində yerləşən evinə və həyətyanı sahəsinə düşüb.

Klyayn bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Onun sözlərinə görə, raket hücumu ailəni qonaqlıqdan evə qayıdarkən yolda yaxalayıb. Onlar yerə uzanaraq hava həyəcanı siqnalının bitməsini gözləməli olublar.

Xatırladaq ki, İran iyunun 7-si axşam saatlarında İsrailə raket zərbələri endirib.