Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
2026-07-05 14:09:04
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib.
Sinequbovun sözlərinə görə, zərbələr zamanı Rusiya hərbçiləri idarəolunan aviabombalar və pilotsuz uçuş aparatları tətbiq ediblər.