📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Rusiyanın Xarkova zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb

2026-07-08 12:34:10

Rusiyanın Xarkova zərbəsi nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Rusiya ordusunun Xarkova endirdiyi zərbələr nəticəsində azı iki nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Bu barədə “RBK-Ukrayna” Xarkov şəhərinin meri İqor Terexov və Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbova istinadən məlumat yayıb.

Oleq Sinequbov bildirib ki, zərbə şəhərin Nemişlyanski rayonunda yerləşən beşmərtəbəli yaşayış binasına endirilib.

Onun sözlərinə görə, yaralananlar arasında üç uşaq da var. Hadisə yerində xilasedicilər və digər fövqəladə xidmət əməkdaşları işlərini davam etdirirlər.