📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ruslan Eyyubov həbsdən azad edildi

2026-06-05 14:59:19

Ruslan Eyyubov həbsdən azad edildi

Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən məşhur iş adamı Ruslan Eyyubov həbsdən azad edilib.

O, ev dustaqlığına buraxılıb.

Məhkəmə qətimkan tədbirini dəyişərkən R.Eyyubovun səhhətində yaranmış problemləri nəzərə alıb.

Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov barəsindəki ibtidai istintaq başa çatıb. Ona yekun ittiham elan edilib./qafqazinfo.az/