📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah bu ərazidə qaz olmayacaq

2023-10-03 23:58:08

Sabah bu ərazidə qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Digah-Novxanı” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 04.10.2023-cü il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Mehdiabad” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Hurriyyet.Az xəbər verir ki, bu haqda “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri görülən müddətdə Abşeron rayonunun Mehdiabad qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.