Sabah bu ərazilərdə qaz kəsiləcək
2026-06-05 10:39:22
Sabah Bakının bir hissəsində qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilir ki, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun, Binəqədi şosesinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.