📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

2023-08-24 10:04:23

Sabah Laçının Zabux kəndinə ilk köç başlayır

Laçın rayonunun Zabux kəndinə köç başlayır.

Hurriyyet.az xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

axar.az