Sabah pensiyalar tam ödəniləcək
2026-07-21 10:01:10
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını planlaşdırır.
Hurriyyet.info bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.