📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah Şəkinin iki kəndində qaz kəsiləcək

2026-06-08 20:30:14

Sabah Şəkinin iki kəndində qaz kəsiləcək

Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.