📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabah su çərşənbəsidir

2023-02-20 22:03:00

Sabah su çərşənbəsidir

Sabah Azərbaycanda su çərşənbəsi qeyd ediləcək.

Bu, Novruz bayramının ilk çərşənbəsidir.

Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür. İnanclara görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər il boyu xəstəlikdən uzaq olarlar.