📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

2026-07-02 22:35:54

Sabunçuda yol qəzası olub, ölən və yaralanan var

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi məlumata görə, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.