Safurə mərhum qayınatası Natiq Əliyevlə bağlı paylaşım etdi - FOTO
2023-06-09 23:33:00
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva qayınatası, mərhum energetika naziri Natiq Əliyevlə bağlı paylaşım edib.
Hurriyyet.Az Axsam.az-a istinadən xəbər verir ki, o, qayınatasının ölüm ildönümü olduğunu vurğulayıb.
Safurə həyat yoldaşı Fərhad Əliyevin də yer aldığı şəklə "Əziz atamız, babamız, böyüyümüz.. Allah qəni-qəni rəhmət eləsin" sözlərini yazıb.
Qeyd edək ki, N.Əliyev 2017-ci ildə iyunun 9-da dünyasını dəyişib.
