Sahil qəsəbəsində çimərlikdə 24 yaşlı şəxs BOĞULDU
2026-07-20 18:49:51
Bakı şəhəri, Sahil qəsəbəsi ərazisindəki çimərlikdə boğulan şəxsin meyiti tapılıb.
Hurriyyet.info xəbər verir ki, əldə etdiyi məlumata görə, iyulun 18-də saat 21:00-da sözügedən çimərlikdə Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Elcan Mirzəyev boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır.\\oxu.az