📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samir Şərifov: Ramil İmranov dövlətçilik prinsiplərini hər zaman əsas götürən diplomat idi

2026-05-25 18:41:20

Samir Şərifov: Ramil İmranov dövlətçilik prinsiplərini hər zaman əsas götürən diplomat idi

Ramil İmranov dövlətçilik prinsiplərini hər zaman əsas götürən diplomat idi.

Bunu Hurriyyet.info-nun Yuxarı Şirvan bürosuna açıqlamasında mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun bu gün Göyçay rayonunda keçirilən dəfn mərasimində iştirak edən xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

Nazir müavini mərhumu dövlət maraqlarını qətiyyətlə müdafiə edən diplomat kimi dəyərləndirib:

"Ramil İmranov uzun müddət Xarici İşlər Nazirliyində çalışıb və müxtəlif ölkələrdə Azərbaycanın diplomatik nümayəndəliklərində peşəkarlıqla fəaliyyət göstərib. O, hər zaman dövlətçilik prinsiplərini əsas götürən, ölkənin mənafeyini qoruyan diplomat idi. Ətrafındakı insanlara münasibətdə nəzakətli davranışı ilə seçilib. Allah ona rəhmət eləsin. Ramil İmranovun ailəsinin, doğmalarının yanındayıq".