📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samir Şərifov sədr təyin edildi

2026-07-17 13:51:38

Samir Şərifov sədr təyin edildi

Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.

Hurriyyet.info xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.

Əli Əsədov bildirib ki, Komissiyanın sədri qismində Baş nazirin müavini Samir Şərifov müəyyən edilib.