📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samur-Abşeron kanalında yeniyetmə batıb

2026-07-12 17:51:59

Samur-Abşeron kanalında yeniyetmə batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir. Əlavə məlumat veriləcək.