📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samuxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

2026-07-09 11:19:30

Samuxda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Samuxda ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində, Kürqırağı kəndlərə gedən yolda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Samir Əhmədov (1975-ci il təvəllüdlü), Fəridə Əhmədova (1987) və Aqilə Alıyeva (1962) ölüb.

Qəza zamanı habelə 17 yaşlı Əhməd Əhmədov xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanılıb.