📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Samuxda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

2026-05-20 21:42:51

Samuxda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata görə, mərasimdə iştirak edən 21 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.\\“Qafqazinfo”