📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sarkisyan HƏRƏKƏTƏ KEÇDİ: “Paşinyanı devirmək lazımdır”

2026-05-20 14:19:03

Sarkisyan HƏRƏKƏTƏ KEÇDİ: “Paşinyanı devirmək lazımdır”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan seçki ərəfəsində növbəti dəfə Nikol Paşinyana qarşı sərt bəyanatlarla çıxış edib.

Hurriyyet.az  xəbər verir ki, revanşist düşərgənin fiqurlarından sayılan Sarkisyan yaydığı videomüraciətdə Paşinyan hakimiyyətini “məhvedici rejim” adlandırıb.

“Facebook” səhifəsində yayılan müraciətdə o, Ermənistan vətəndaşlarını seçkilərdə hakimiyyətin dəyişməsi üçün səs verməyə çağırıb.

“Bugünkü alçaldılmaya son qoyacaq qüvvələr seçilməlidir”, - deyə Serj Sarkisyanın bəyanatında bu ifadə yer alıb.

Bundan başqa, Sarkisyan mövcud hakimiyyəti məxfi sövdələşmələrdə ittiham edib.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 19 siyasi qüvvə – 2 blok və 17 partiya iştirak edəcək. Bununla belə, Serj Sarkisyanın partiyası seçkilərə qatılmır. Onun özü də namizədlər arasında yer almır.