📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seçki məntəqəsi yaxınlığında bıçaqlanma

2026-06-07 22:48:28

Seçki məntəqəsi yaxınlığında bıçaqlanma

Ermənistanda seçki məntəqəsi yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Modern.az yerli media istinadən xəbər verir ki, Ermənistanda keçirilən seçkilər zamanı 8/24 saylı seçki məntəqəsinin yaxınlığında insident qeydə alınıb.

Müşahidəçilərin məlumatına görə, ərazidə bıçaqlanma hadisəsi baş verib. Şahid insidentlə bağlı məlumat və materialları hüquq-mühafizə orqanlarına təqdim edib.

Hələlik hadisənin seçki prosesi ilə əlaqəli olub-olmaması dəqiqləşdirilməyib.