Səfərbərlik Xidməti vakansiya elan edib - SİYAHI
2023-08-21 12:45:34
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bir sıra vəzifələr üzrə vakansiya elan edib.
Dövlət Xidmətindən bildirilib ki, aşağıdakı vakansiyalar üzrə həkim mütəxəssisləri və tibb işçiləri tələb olunur:
- Həkim-terapevt
- Həkim-nevropatoloq
- Həkim-psixiatr
- Həkim-otorinolarinqoloq
- Həkim-dermatoveneroloq
- Həkim-cərrah
- Həkim-oftalmoloq
- Həkim-rentgenoloq və texnik
- USM (ultrason müayinəsi) mütəxəssisi
- Elektrokardioqrafiya
- Exokardioqrafiya
- Elektroensefaloqrafiya-funksional diaqnostika
Vakansiyalar üzrə müraciət etmək istəyənlər [email protected] elektron poçtuna yaza və ya anketi (https://exidmet.seferberlik.gov.az/UnregisteredApp.../Create) doldura bilərlər.
Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN kodunu yazmaq mütləqdir.