Şəhid Elçin Kərimbəylinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
İltifat Hacıyev adına “Tərəqqi” Texniki-Humanitar Liseyində şəhid Elçin Kərimbəylinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir şəhidin göstərdiyi qəhrəmanlığın gənc nəslə tanıdılması, vətənpərvərlik ruhunun aşılanması və onun xatirəsinin ehtiramla yad edilməsi məqsədilə təşkil olunub.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Elçin Kərimbəylinin Vətən uğrunda göstərdiyi şücaətdən danışaraq, onun həyat yolunun gənclər üçün örnək olduğunu vurğulayıblar.
Anım mərasimində şəhidlərin xatirəsi ehtiramla yad olunub, vətənpərvərlik mövzusunda çıxışlar səsləndirilib.
Qeyd edək ki, Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilib. O, 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onun əziz xatirəsi daim hörmət və ehtiramla yad edilir.
.jpeg)
.jpeg)
.jpeg)
