📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid Məhəmməd Qarayev ilə vida mərasimi keçirilir - Fotolar

2023-05-13 15:04:00

Şəhid Məhəmməd Qarayev ilə vida mərasimi keçirilir - Fotolar

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayevin nəşi doğulduğu Qəbələ şəhərində yaşayan ailəsinə təhvil verilib.

Hurriyyet.az xəbər verir ki, oxu.az-ın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri iştirak edirlər.