📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid Orxan Bakıda dəfn olunacaq

2023-01-27 20:50:00

Şəhid Orxan Bakıda dəfn olunacaq

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun dəfn yeri müəyyənləşib.

Şəhidimiz Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Hazırda dəfn mərasimi üçün hazırlıq işləri görülür.

Şəhidimizin sabah dəfn olunacağı gözlənilir. \\Qafqazinfo