Səidə Bəkirqızını tənqid etmişdi, indi özü reabilitasiya mərkəzinə getdi – Rüfət Nasosnudan İLGİNC AÇIQLAMA
Aparıcı Səidə Bəkirqızının reabilitasiya mərkəzlərindən birinə qonaq qismində dəvət olunmasını sərt şəkildə tənqid edən meyxanaçı Rüfət Nasosnu bu dəfə özü reabilitasiya mərkəzinə baş çəkib.
Hurriyyet.info xəbər verir ki, meyxanaçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək reabilitasiya mərkəzinə dəvət aldığını bildirib:
“Dünən qəsəbəmizdə fəaliyyət göstərən reabilitasiya mərkəzinə dəvət olundum. Əslində, onun mövcudluğunu bilirdim. Lakin onların öz daxili qanunları olduğu üçün birbaşa getmirdim. Çox gözəl addımdır. Kimin ehtiyacı varsa, əlaqə saxlaya bilər”.
Xatırladaq ki, meyxanaçı sosial şəbəkədə Səidə Bəkirqızının reabilitasiya mərkəzində çıxış etdiyini gördükdən sonra buna təəccüb etdiyini bildirmişdi. O, belə müəssisələrin rəhbərlərinin aparıcını hansı məqsədlə dəvət etməsinin onda suallar yaratdığını qeyd etmişdi.
Rüfət Nasosnunun fikrincə, əgər məqsəd reabilitasiya prosesində olan insanlarla görüşmək və onlara motivasiya verməkdirsə, həmin sahədə təcrübəsi olan şəxslər dəvət edilməli, iştirakçılarla daha faydalı fikir mübadiləsi aparılmalıdır.
Meyxanaçı bu barədə açıqlamasında demişdi:
“Siz bu adamı niyə çağırmısınız bura? Televiziya işçisisənsə, get öz işinlə məşğul ol. Gördüm ki, Səidə Bəkirqızı reabilitasiya mərkəzlərindən birinə gedib, nəsə danışır. Məni maraqlandıran odur ki, həmin mərkəzin rəhbərləri bu adamı hansı məqsədlə çağırıblar? Əgər ehtiyac varsa, bizi çağırın, söhbət edək, fikir mübadiləsi aparaq”.