📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkir rayonu zibillik içində batır - FOTOFAKT

2023-11-27 12:58:37

Şəmkir rayonu zibillik içində batır - FOTOFAKT

Sanitar-gigiyena qaydalarına əməl etməyən rayonlar sosial şəbəkələrdə gündəmi zəbt etmələrinə baxmayaraq, digər rayonlar bunu qulağardına vurur. Belə ki, icra hakimiyyəti rayon ərazisində məişət pozuntularının atılmasına, ətraf mühitə nəzarət etmir. Bunun da sonunda infeksion xəstəliklər ölkə ərazisində öz aktuallığını saxlayır.

Bir çox mövzular barəsində Şəmkir Rayon İcra Hakimiyyətindən yazılarımız olsa da, rayon icra başçısı Rəşad Tağıyev yazılarımızla bağlı mövqeylərini bildirmirlər. Odur ki, Şəmkir rayonu, Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının fotosunu fakt olaraq dərc edirik...

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

Gəncə Müxbiri Azər