📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

2026-07-16 11:35:38

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Hurriyyet.info  Qərb bürosunun məlumatına görə, 11 nəfər restoranlardan birində qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.

Bunlar Mədinə İsmayılova (1995), Sevil Cəlilova (1994), Gülbəniz Cəlilova (1973), Leyla Qurbanova (2007), Rüfət Qurbanov (1999), Türə Daşdəmirova (1999), Famil İsgəndərov (1994), Aysu Abbasova (2015), Rüxsarə İsgəndərova (1967), Fatimə İsgəndərova (1999) və onun həmyaşıdı Rasim Şirinovdur.

Həmin şəxslərin məclislərdən birində yedikləri salatdan zəhərləndikləri ehtimal olunur.

Faktla bağlı araşdırmalara başlanılıb.