📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seysmoloqdan DƏHŞƏTLİ XƏBƏRDARLIQ - "Güclü zəlzələ baş verəcək, sağ qalma şansı yoxdur!"

2023-12-20 19:57:16

Seysmoloqdan DƏHŞƏTLİ XƏBƏRDARLIQ -

Türkiyədə baş verən son zəlzələlərdən sonra Mərmərə zəlzələsi yenidən gündəmə gəlib.

Hurriyyet.Az Türkiyə mediasına istinadən xəbər verir ki, zəlzələ üzrə alim Naci Görür TV100-də qatıldığı proqramda mühüm xəbərdarlıqlar edib.

O, Tunceli və Elazığda zəlzələ təhlükəsi olduğuna diqqət çəkib.

Naci Görür bildirib ki, Bursanın Gemlik mahalı mütləq köçürülməlidir:

"Gemlik mütləq köçürülməlidir. Gemlik, Geyve, İznik Şimali Anadolu fayının üzərindədir. Ərazi dəniz qumu ilə doludur. Qaçmaq şansı yoxdur".

Onun sözlərinə görə, Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm irəliləyir:

"Mərmərə dənizi gərginlik altındadır. Anadolu hər il dənizin altındakı fay boyunca Yunanıstana doğru 1-2 sm hərəkət edir".  \\Referans.az