📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səyyar "ASAN xidmət" Tbilisidə vətəndaşlara xidmət göstərir

2026-06-05 14:14:06

Səyyar

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar "ASAN xidmət" avtobusu Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərir.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində təşkil olunan xidmət çərçivəsində Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə məhkumluq barədə arayışların verilməsi üzrə xidmətlər göstərilir.

Hazırda səfirliyin inzibati binasında vətəndaşların qəbulu davam edir.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar öncədən Elektron Növbə Portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Qəbul üçün növbə aşağıdakı ünvandan əldə edilə bilər:

appointment.mfa.gov.az/az

Portalda səfirlik seçildikdən sonra müvafiq xidmət və müraciət tarixi (5, 6 və ya 7 iyun) qeyd edilməlidir.