📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sifariş çatdıran qadın kuryer binada hücuma məruz qaldı

2026-07-06 14:19:57

Sifariş çatdıran qadın kuryer binada hücuma məruz qaldı

Türkiyənin Antalya şəhərində kuryer ilə bina gözətçisi arasında liftdən istifadə ilə bağlı yaranan mübahisə kameraya düşüb. Hadisədən sonra kuryer polisə müraciət edərək şikayətçi olub.

Hurriyyet.info  xəbər verir ki, hadisə Konyaaltı rayonunda baş verib.

Sifariş çatdırmaq üçün yaşayış kompleksinə daxil olan motosiklet kuryeri Zəhra Yumakoğulları liftlə yuxarı qalxmaq istəyərkən bina gözətçisi ilə mübahisə yaşayıb.

İddiaya görə, gözətçi kuryerə liftdən istifadə edə bilməyəcəyini bildirərək onu pilləkənlərdən qalxmağa məcbur edib. Mübahisə zamanı gözətçinin qadın kuryeri itələdiyi, daha sonra isə onun liftdən istifadə etməsinə mane olduğu bildirilir.

Sifarişi çatdırdıqdan sonra Zəhra Yumakoğulları dəbilqə kamerasının görüntüləri ilə birlikdə polisə müraciət edərək gözətçi barəsində şikayət ərizəsi yazıb.

Kuryer bildirib ki, onların yalnız öz işlərini gördüklərini vurğulayaraq, heç kimin ona toxunmağa və ya fiziki təzyiq göstərməyə haqqı olmadığını deyib.

Hadisə ilə bağlı araşdırma aparılır.