📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib

2026-07-11 10:11:10

Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib

Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

Bu barədə "TRT Haber" məlumat yayıb.

"Paytaxt Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə aparılaraq müalicə altına alınıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.