📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şimali Koreya yeni nəsil hücum sistemlərini sınaqdan keçirib

2026-06-01 18:14:07

Şimali Koreya yeni nəsil hücum sistemlərini sınaqdan keçirib

Şimali Koreya Cənubi Koreya və ABŞ-nin hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədilə hazırladığı yeni nəsil taktiki hücum sistemlərini uğurla sınaqdan keçirib.

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki,  sınaqlar ölkə lideri Kim Çen Inın nəzarəti altında həyata keçirilib.

Sınaqlar zamanı aşağı hündürlükdə uça bilən avtonom qanadlı raketlər, 100 kilometr mənzilli ağıllı artilleriya raketləri və yüngül raket buraxılış sistemləri yoxlanılıb. Bildirilib ki, yeni silah sistemləri xüsusilə Cənubi Koreya sərhədinə yaxın ərazilərdə sürətli şəkildə yerləşdirilmək üçün hazırlanıb.

Məlumata görə, yeni nəsil kompakt qanadlı raketlər relyefi izləyərək çox aşağı hündürlükdə hərəkət edə bilir. Raketlər kompüterləşdirilmiş hədəf tanıma sistemləri vasitəsilə hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.

Ekspertlər qeyd edirlər ki, Şimali Koreyanın yüksək dəqiqlikli idarəolunan raket potensialını artırması Cənubi Koreyadakı komanda mərkəzləri, hərbi bazalar və hava qüvvələri obyektləri üçün əlavə təhlükə yarada bilər.