📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şirniyyatlarda olan bu maddə mədəaltı vəzi sıradan çıxarır

2023-09-28 23:00:21

Şirniyyatlarda olan bu maddə mədəaltı vəzi sıradan çıxarır

Süni rəng, dadlandırıcı və aromatizatorlar qatılmış hazır qidalar, paket ərzaqlar, kremli, rəngli şirniyyatlar mədəaltı vəzini sıradan çıxarır.

Hürriyet.Az xəbər verir ki, endokrinoloq Yekaterina Yanq bu zərif orqanın heç sevmədiyi əlavəni açıqlayıb.

“Bu 2 maddə demək olar bütün müasir qidalarda var. Rasiondan tərkibində yağdan əlavə süni rəng və dadlandırıcı olan bütün qidaları çıxarın.

Tərkibində şəkər, karbohidrat olan qidalar bu vəzin funksiyasını zəiflədir.

Mayalı ağ çörək, un məmulatları, bulka, tortlar, konfetlər – ayda bir iki dəfə yeyə biləcəyiniz qidalar olmalıdır.

Sosis və kolbasalarda olan rəng və dadlandırıcı da mədəaltı vəzə ziyandır. Mədəaltı vəz şirniyyatı sevmir”.\\Medicina.Az